Yeni prezidentə ilginc ETİRAZ

Rumıniya sakinləri liberal qüvvələrin nümayəndəsi və avrointeqrasiya tərəfdarı Nikuzor Danın ikinci turda qalib gəlməsinə özünəməxsus şəkildə etiraz edirlər.
Onlar prezident seçkilərinin nəticələrinə etiraz olaraq pasportlarını cırmağa başlayıblar.
“Cebheinfo.az” xəbər verir ki, bunu “DC News” yazır. Söhbət xaricdə yaşayan rumınlardan gedir. Nəşr yazır ki, rumınlardan biri “TikTok”-da yayımlanan videoda "Rumıniyaya verdiyim səsdir, boş yerə verdiyim səsdir. Biz heç vaxt Rumıniyaya qayıtmayacağıq",- deyib.
Rumıniyanın “HotNews” nəşri də xaricdə yaşayan Rumıniya vətəndaşlarının sənədlərini cırdığını bildirib. Qeyd olunub ki, ölkə rəsmiləri şəxsiyyəti təsdiq edən sənədlər olmadan insanların yaşadıqları ölkədə problemlərlə üzləşə biləcəkləri barədə xəbərdarlıq ediblər.
Rumıniyada prezident seçkilərinin ikinci turu ötən həftəsonu keçirilib. Buxarest meri Dan müxalifətin ifrat sağçı namizəd Corc Simionu üstələyərək 50%-dən çox səs toplayıb. Keçən il birinci tur keçirilib, lakin sonra Rumıniyanın NATO-da iştirakını və Qərbin Kiyevə yardımını tənqid edən sağçı populist siyasətçi Kalin Georgesku qalib gəlib. Lakin Konstitusiya Məhkəməsi səsvermənin nəticələrini ləğv edib və yeni seçki təyin olunub.
Xəzər
“Cebheinfo.az”