Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.
"Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib. "Qara siyahı"ya 200-ə yaxın tanker daxil edilib”, - o bildirib.
Kaya Kallas vurğulayıb ki, artıq Moskvaya qarşı 18-ci sanksiya paketi üzərində işə başlanılıb.
"Cebheinfo.az"