Rusiyanın silah bazarında Ermənistanın PAYI

"Ermənistan Hindistanla 2022-ci ildən 2023-cü ilə qədər 1,5 milyard dollar dəyərində müdafiə müqaviləsi imzalayıb".
“Cebheinfo.az”-ın məlumatına görə, “Vedomosti” Rusiya Beynəlxalq Məsələlər Şurasının “Mövcud mərhələdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyəti” adlı hesabatına istinadən belə yazır.
“Ermənistanın digər əsas hərbi tərəfdaşı Fransadır və İrəvan 2023-cü ildən 2024-cü ilə qədər təxminən 250 milyon dollar dəyərində silah alınmasına dair müqavilələr imzalayıb. KTMT üzrə müttəfiqi Rusiya ilə son müdafiə müqaviləsi 400 milyon dollar dəyərindədir. İrəvan sazişi hələ 2021-ci ildə imzalayıb. Lakin o, hələ də tam icra olunmayıb”, - hesabatda belə qeyd edilir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yazdığına görə, 2011-2020-ci illərdə Ermənistanın silah idxalında Rusiyanın payı 94 faizə çatıb.
Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ötən n ilin mart ayının əvvəlində Ermənistan ictimai televiziyasına müsahibəsində dediyinə görə, 2024-cü ilə qədər bu rəqəm 10 faizə düşüb.
Rusiya Beynəlxalq Məsələlər Şurasının ekspertləri hesab edirlər ki, Ermənistanın silah bazarında Rusiyanın payının azalmasına səbəb Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı tədarüklərdə yaranan çətinliklər olub.
Müşfiq Abdulla
“Cebheinfo.az”