Müəllimlər işə dəvət olunur

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2025/2026–cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.
Müsabiqədə iştirak üçün son müraciət tarixi – 31.05.2025-ci il, 23:59
Müsabiqə barədə ətraflı məlumatı https://sabah.edu.az/ ünvanına daxil olaraq xəbərlər bölməsindən əldə etmək olar.
Nigar
“Cebheinfo.az”