Ordubadda qaya uçaraq yola tökülüb - FOTO

Ordubadda qaya uçaraq yola tökülüb - FOTO

Ordubad rayonunun Bist kənd avtomobil yolunda qaya uçqunu baş verib.

APA-nın yerli burosu xəbər verir ki, nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayanıb.

Hadisə ilə əlaqədar əraziyə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin əməkdaşları cəlb olunub.

Görülən tədbirlər nəticəsində yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.

"Cebheinfo.az"