QHT Koalisiyasında görüş: Razılıq əldə edildi - FOTOLAR

QHT Koalisiyasında görüş: Razılıq əldə edildi - FOTOLAR

İnsan Alverinə qarşı QHT Koalisiyası Qadın Alverinə qarşı Beynəlxalq Alyansın (GAATW) rəhbəri xanım Bandana Pattanaik ilə görüş keçirib.

Görüşdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polkovnik İbrahim Əhmədov da iştirak edib.

Görüş zamanı xanım Bandana Pattanaik GAATW-nin insan alveri ilə mübarizə sahəsində əldə etdiyi təcrübə, mövcud çağırışlar, yeni tendensiyalar, bu sahədə effektiv mübarizə alətlərinin tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri haqqında ətraflı məlumat verib.

Görüş çərçivəsində Koalisiya üzvləri tərəfindən Azərbaycanda insan alverinə qarşı aparılan mübarizədə dövlətin siyasi iradəsinin əhəmiyyəti, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları arasında formalaşmış əməkdaşlıq modeli, eləcə də beynəlxalq tərəfdaşlığa verilən önəm GAATW koordinatorunun diqqətinə çatdırılıb.

Müzakirələrin yekununda Koalisiya və GAATW arasında gələcək əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi və bu istiqamətdə səylərin birləşdirilməsi üçün konkret mexanizmlər üzərində birgə razılıq əldə olunub. 

"Cebheinfo.az"