3 ildən sonra İrəvana getdi

3 ildən sonra İrəvana getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın paytaxtı İrəvana gedib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Rusiya XİN rəhbəri həmkarı Ararat Mirzoyanla danışıqlar aparacaq. Bundan əlavə, Lavrov respublikanın Baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşəcək.

Qeyd edək ki, Lavrov sonuncu dəfə Ermənistan paytaxtına 2022-ci ilin iyununda səfər edib.

"Cebheinfo.az"