Ağstafada 27 yaşlı kişi bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazində qeydə alınıb.
Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü K. Aşurov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 27 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"