Samuxda 37 yaşlı kişi bıçaqlanıb

Samuxda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Sərkar kəndində qeydə alınıb.
Belə ki, rayonun İstixana qəsəbə sakini 1998-ci il təvəllüdlü E. Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Araşdırma zamanı məlum olub ki E. Həsənovu həmyerlisi 1977-ci il təvəllüdlü Elcan Yediyarov şəxsi münaqişə zəminində bıçaqlayıb.
"Cebheinfo.az"