Yasamalda avtobusun şüşəsini sındıran saxlanıldı

Yasamalda avtobusun şüşəsini sındıran saxlanıldı

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Qafqazinfo”ya bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdiriir.

"Cebheinfo.az"