100 dollar və bir yeməyə görə: Özlərini deport etdilər

Donald Tramp administrasiyasının elan etdiyi “özünü deportasiya” proqramı çərçivəsində ABŞ-ni könüllü olaraq tərk edən 64 nəfəri daşıyan təyyarə Honduras və Honduras və Kolumbiyaya çatıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) press-relizində deyilir.
Nazirlik qeyd edib ki, qeyri-qanuni miqrantlar özlərini yeni “CBP Home” proqramında qeydiyyatdan keçiriblər. DW xəbər verir ki, Hyustondan onlar üçün iki dayanacaqlı çarter reysi təşkil edilib. Onlar pulsuz səyahət, 1000 dollar ödəniş və qanuni yolla ABŞ-yə qayıtmaq imkanı əldə ediblər.
38 nəfərin geri qayıtdığı Hondurasda hakimiyyət onlara hər birinə əlavə 100 dollar və yemək pulu verib, həmçinin onlara iş tapmağa kömək vəd ediblər. ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, Kolumbiyaya qayıdan 26 nəfər ölkə hakimiyyəti tərəfindən “sosial xidmətlərlə təmin edilib”.
Xəzər
"Cebheinfo.az"