Tramp qudasını bu ölkəyə səfir göndərir

ABŞ Senatı Prezident Donald Trampın Parisdəki səfiri vəzifəsinə namizədi Çarlz Kuşneri təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Senatının Baş Assambleyasında keçirilən səsvermədə 51 “hə” və 45 “xeyr” səsi alan yəhudi iş adamı Kuşner ABŞ-nin Parisdəki yeni səfiri olub.
Trampın qızı İvanka Trampla evli olan Cared Kuşnerin atası Çarlz Kuşnerin yaxın vaxtlarda and içəcəyi gözlənilir.
Prezident Tramp noyabrın 30-da verdiyi açıqlamada "Çarlz Kuşnerin ABŞ-nin Fransadakı səfiri vəzifəsinə namizədliyini irəli sürməkdən məmnunam.
O, ölkəmiz və onun maraqları üçün güclü müdafiəçi olacaq möhtəşəm sahibkar, xeyriyyəçi və iş adamıdır" ifadələrdən istifadə etmişdi.
Tramp qudasının ABŞ Holokost Memorial Şurasına təyin edildiyini, Nyu-York və Nyu-Cersi Port Authority-nin komissarı və sədri vəzifələrində çalışdığını, həmçinin Nyu-York Universiteti də daxil olmaqla mühüm qurumların direktorlar şuralarında çalışdığını paylaşıb.
Nigar Hacılı
"Cebheinfo.az"