ABŞ “Hizbullah”ı Suriyaya TAPŞIRIR
ABŞ “Hizbullah”ı Suriyaya həvalə edir.
“Cebheinfo.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailə Livandakı “Hizbullah” qruplaşmasına qarşı mübarizədə Suriyanın daha fəal rol oynamasını təklif edib.
Trampın sözlərinə görə, Dəməşq bu məsələdə daha lazımi və zəruri addımlar ata bilər və bölgədə sabitliyin təmin olunmasına töhfə verə bilər.
ABŞ lideri Suriyanın yeni rəhbərliyinin son addımlarını müsbət qiymətləndirib, yeni hakimiyyətinin müsbət işlər gördüyünü və “Hizbullah” təhlükəsinin aradan qaldırılmasında faydalı tərəfdaş ola biləcəyini qeyd edib. O, həmçinin Livanın daha yaxşı gələcəyə sahib olmasını istədiyini vurğulayıb.
Yunis Abdullayev
“Cebheinfo.az”

