Komanda DÇ-dədır, özləri yox - Mundialdan kənar qalan ən yaxşı futbolçular
DÇ-2026 bir sıra dünya ulduzunun mundialdan kənarda qalması ilə seçilir.
“Yeni Sabah” xəbər verir ki, onların bəziləri zədəyə görə millinin heyətində yer ala bilməsə də, bir çoxu baş məşqçinin güdazına gedib.
Dünya çempionatında iştirak edə bilməyən ən yaxşı futbolçular kimlərdir?
Koul Palmer (İngiltərə / "Çelsi"): Mövsümü klubunda parlaq keçirməsinə baxmayaraq, baş məşqçinin fərqli dinamikaya malik cinah oyunçularına üstünlük verməsi Palmerin Şimali Amerikaya gedən təyyarədən kənarda qalmasına səbəb olub.
Trent Aleksander-Arnold (İngiltərə / "Liverpul"): Müdafiə xəttində tamamilə fərqli balans və atletizm axtarışı Trentin də komandadan kəsilməsi ilə nəticələnib.
Eduardo Kamavinqa (Fransa / "Real Madrid"): Fransanın yarımmüdafiə xəttindəki dəhşətli rəqabət fonunda baş məşqçinin daha təcrübəli və stabil profillərə üstünlük verməsi gənc ulduzun turniri televizordan izləməsi deməkdir.
Joao Pedro (Braziliya / "Çelsi"): Klubunda 20 qol və 12 asistlə karyera mövsümünü keçirməsinə və "Çelsi"də ilin oyunçusu seçilməsinə baxmayaraq, Braziliya millisindəki hücum sıxlığı səbəbindən heyətə cəlb edilməyib.
Harri Maquayr (İngiltərə / "Mançester Yunayted"): Müdafiədə gənc və daha çevik adlara şans verilməsi yığmanın daimi simalarından birinin sonunu gətirib.
Dieqo Luna (ABŞ / "Real Solt Leyk"): Ev sahibi ABŞ-da baş məşqçinin azarkeşlərin sevimlisini heyətdən kəsməsi ölkədə ən çox müzakirə olunan mövzulardandır.
Rodriqo (Braziliya / "Real Madrid"): "Sambaçılar"ın hücum xətti üçün ən ağır itki. Son anda aldığı ciddi zədə onun turniri qaçırmasını rəsmiləşdirib.
Eder Militao (Braziliya / "Real Madrid"): Müdafiənin dirəyi olan futbolçu zədə səbəbindən tam bərpa oluna bilmədiyi üçün heyətə daxil edilməyib.
Matteys de Liqt (Niderland / "Mançester Yunayted"): Mayın ortalarında keçirdiyi bel əməliyyatı səbəbindən Niderland müdafiəsini tək qoymalı olub.
Uqo Ekitike (Fransa / "Liverpul"): Çempionlar Liqasının 1/4 finalında axill tendonunun qırılması ilə Fransanın hücum alternativləri arasından çıxıb.
Serj Qnabri (Almaniya / "Bayern Münhen"): Aprel ayında aldığı ağır əzələ zədəsi Almaniya millisinə kömək etməsinə mane oldu.
"Cebheinfo.az"

