Sülh sazişi bu ölkədə imzalana bilər

Sülh sazişi bu ölkədə imzalana bilər

ABŞ ilə İran arasında sülh sazişi İsveçrədə imzalana bilər. 

“Cebheinfo.az” “Reuters”-ə istinadən bildirib ki, ABŞ-İran sülh sazişinin rəsmi imzalanma mərasiminin İsveçrənin Generə şəhərində keçirilməsi planlaşdırılır. 

Bir sıra xarici mənbələrin məlumatlarına görə, ABŞ və İran arasında əldə olunmuş memorandumun (MoU) artıq rəqəmsal şəkildə təsdiqləndiyini, rəsmi mərasimin isə İsveçrədə təşkil ediləcəyini bildirir.

İsveçrə Xarici İşlər Nazirliyi də ABŞ və İran arasında mümkün sülh sazişinin imzalanmasına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb və tərəflərlə əlaqədə olduğunu təsdiqləyib. Son məlumatlara əsasən, rəsmi imzalanma mərasiminin iyunun 19-da keçirilməsi nəzərdə tutulur. 

Yunis Abdullayev
“Cebheinfo.az”