Almaniyalı general: "Rusiya ilə bu gecə döyüşə hazırıq"

Almaniyalı general: "Rusiya ilə bu gecə döyüşə hazırıq"

Almaniya Hərbi Hava Qüvvələrinin (Luftwaffe) komandanı general-leytenant Holger Noyman Böyük Britaniyanın "The Telegraph" qəzetinə verdiyi müsahibədə diqqətçəkən bəyanatlar səsləndirib.

"Cebheinfo.az" xəbər verir ki, Noyman Almaniyanın Rusiya ilə "bu gecə" döyüşməyə hazır olduğunu bildirib: 

"Əgər bu gün mənə bir zəng gələrsə və vəziyyətin bunu tələb etdiyi deyilərsə, dərhal hazır olmalıyıq, biz hazır olacağıq" ifadələrini işlədib. 

Noymanın bu sözləri Almaniyanın müdafiə siyasətində son dövrlərdə yaşanan sərt ritorika dəyişikliyinin ən çarpıcı nümunələrindən biri kimi qiymətləndirilir.

General hazırlıq tələb edən vəziyyətin sadəcə Almaniyaya qarşı birbaşa hücum olmadığını vurğulayıb: "NATO son santimetrinə qədər NATO-dur. Təhlükəsizlik nəzarəti baxımından çox ciddi səy göstərməliyik və ehtiyac olduqda müəyyən bölgələrdə hərəkətə keçməliyik". 

O, mümkün Rusiya-NATO münaqişəsində ən böyük zərərin Kalininqrad, Kola yarımadası və Qara dəniz sularında meydana gələcəyini də deyib.

Nigar Hacılı 
"Cebheinfo.az"