"Real" Rüdigerlə müqavilənin müddətinin uzadıldığını açıqlayıb
İspaniyanın "Real" klubu futbolçusu Antonio Rüdigerin müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığa gəldiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.
33 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən "Real"ın formasını geyinir.
"Cebheinfo.az"

