ABŞ İran millisini ölkədən qovub
İran milli futbol komandası bazar ertəsi Yeni Zelandiya ilə 2-2 hesablı heç-heçə etdiyi ilk qarşılaşmanın ardından, düşərgə saldığı Meksikanın Tixuana şəhərinə qayıtmaq üçün ABŞ-dən ayrılıblar.
"Cebheinfo.az" xəbər verir ki, bu qərarın kim tərəfindən verildiyini açıqlamayan İran milli futbol komandasının baş məşqçisi Əmir Qalenoyi bildirib ki, bərpa olunmağımız üçün bizə zaman belə tanımadılar:
"Məlum oyundan sonra bizə dərhal ABŞ-ni tərk etməlisiniz dedilər. Oyunçuların özünə gəlməsi üçün zamana ehtiyacımız var, amma təyyarəyə minib Tixuanadakı düşərgəmizə qayıtmağımız tələb olundu. Bu vəziyyət bizi həqiqətən çətinliyə salır", - deyə Əmir Qalenoyi bildirib.
ABŞ və İsrailin 28 fevralda İrana karşı başlatdığı müharibədən sonra İran milli komandasının Dünya Çempionatına hazırlıq prosesində də axsamalar yaşanıb.
FİFA İranın qrup mərhələsindəki üç oyununun ABŞ-dən kənara köçürülməsi ilə bağlı tələbini rədd etmişdi.
Komandanın kapitanı Mehdi Taremi də ötən gün Tixuanadan Los-Anceles bölgəsinə normalda qısa çəkməli olan səyahətin, təhlükəsizlik yoxlamaları səbəbindən təxminən beş saat davam etdiyini bildirib.
"Düzünü desəm, niyə geri gönderildiyimizi bilmirik. Məncə, bu çox qəribədir. Sanki planlaşdırmamızı başqaları edir”, - deyə baş məşqçi qeyd edib.
Əmir Qalenoyi komandanın oyundan iki gün əvvəl Los-Ancelesə gəlməli və qarşılaşmadan sonra daha bir gecə qalaraq növbəti gün qayıtmalı olduğunu bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"

