Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - FOTO
Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfəri başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.
"Cebheinfo.az"

